[b]AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyətinə qiymət verildi[/b]
19.03.2018 - 12:36
[b]AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyətinə qiymət verildi[/b]

İsveçrənin SGS şirkəti 2017-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, şirkət bununla bağlı təbrik məktubu göndərib.

 

Məktubda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundu. Həmçinin o da vurğulanıb ki, Lisenziyalaşdırma qrupu 2018-19-cu il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdi.
 

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

0