[b]Rəşad Sadıqovun ilk ciddi sınağı: Autsayder qonşularına qarşı[/b]
21.03.2018 - 10:08
[b]Rəşad Sadıqovun ilk ciddi sınağı: Autsayder qonşularına qarşı[/b]

Sabah 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin mübarizə apardığı 5-ci seçmə qrupunda iki qarşılaşma baş tutacaq.

 

Yığmamız səfərdə Kosovo ilə görüşəcək. Bu, millimizin ötən ilin sonunda baş məşqçi təyin olunan Rəşad Sadıqovun rəhbərliyi altında ilk seçmə oyunudu. Səfər sınağınadək yığmamızı bir neçə yoxlama matçına çıxaran 36 yaşlı çalışdırıcı ilk ciddi sınağını Balkan yarımadasında verəcək.

 

Qarşılaşma Kosovonun Mitrovitsa şəhərindəki Adem Yaşari Olimpiya stadionunda baş tutacaq. Bu matç gənclər millimizin seçmə mərhələdə 6-cı görüşü olacaq. Əvvəlki 5 oyunda qələbə nə olduğunu bilməyən və turnir cədvəlinin zirzəmisində vurnuxan komandamız xal hesabını artırmaq üçün çalışacaq.

 

5-ci qrupun autsayderi olan futbolçularımız yeni baş məşqçinin debütünə uğurlu nəticə bəxş edib, qalib gəlsə, turnir cədvəlindəki qonşusu ilə fərqi azaldacaq. Bu görüşdən 5 gün sonra İrlandiyada çətin sınağı olacaq Sadıqovun yetirmələri gücünü Bakıda qolsuz heç-heçə etdikləri balkanlılara rəqib meydanında göstərməlidi.

 

Qeyd edək ki, qrupumuzun digər oyununda Almaniya İsraili qəbul edəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

 

AVRO-2019-un seçmə mərhələsi

5-ci qrup

22 mart

22:00. Kosovo – Azərbaycan

Baş hakim: Donald Robertson

Baş hakimin köməkçiləri: Cordan Stokoe və Şon Karr

Dördüncü hakim: Nikolas Uolş (hamısı Şotlandiya)

Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu

 

1.

Almaniya

5

4

0

1

20-6

12

2.

İrlandiya

5

3

1

1

9-3

10

3.

Norveç

6

2

2

2

7-8

8

4.

İsrail

5

2

1

2

9-10

7

5.

Kosovo

6

2

1

3

6-8

7

6.

Azərbaycan

5

0

1

4

3-19

1

 

0