[b]Bakıdakı son məşqin vaxtı açıqlandı[/b]
19.03.2018 - 16:00
[b]Bakıdakı son məşqin vaxtı açıqlandı[/b]

Martın 23-də yoldaşlıq görüşündə millimizlə qarşılaşacaq Belarus yığmasının oyunöncəsi son məşqinin vaxtı müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, yığmamızın rəqibi matçdan bir gün əvvəl – martın 22-də son hazırlığına çıxacaq.

 

Qarşılaşmanın oynanılacağı Bakı Olimpiya Stadionunda baş tutacaq məşq saat 18:30-da start götürəcək.

 

Qeyd edək ki, Azərbaycan millisi son məşqinə həmin gün saat 17:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda çıxacaq.

0