[b]Belarus yığmasının heyətində dəyişiklik edildi[/b]
19.03.2018 - 16:13
[b]Belarus yığmasının heyətində dəyişiklik edildi[/b]

Belarus millisinin heyətində dəyişiklik olunub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, müdafiəçi Denis Polkayovu yığmada kimin əvəzləyəcəyi müəyyənləşib.

 

Martın 23-də Bakıda Azərbaycanla yoldaşlıq görüşü keçirəcək rəqibin baş məşqçisi İqor Kriuşenko APOEL-in arxa xətt oyunçusunun əvəzinə “Dinamo-Brest”in üzvü Aleksey Qavriloviçə dəvət göndərib. 28 yaşlı müdafiəçi bununla əsas millinin heyətində debüt etmək imkanı qazanıb.

 

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Belarus görüşü saat 20:00-da başlayacaq.

0