Urmiya voleybol yığması Bakıda keçirdiyi hər iki yoldaşlıq görüşündə uduzub
22.05.2008 - 12:50
Urmiya voleybol yığması Bakıda keçirdiyi hər iki yoldaşlıq görüşündə uduzub
Bakı. Elşən Məmmədov-APA-Sport. İranın Qərbi Azərbaycan vilayətinin paytaxtı Urmiyanın voleybol üzrə kişilərdən ibarət yığma komandasının Bakıya səfəri başa çatıb. «APA-Sport» agentliyinin məlumatına görə, qonşu ölkə voleybolçuları Azərbaycan paytaxtında iki yoldaşlıq görüşü keçiriblər. İlk oyunda «Saatlı» ilə qarşılaşan Urmiya yığması 0:3 hesabı ilə qeydə alınıb. Daha sonra 16 yaşlılardan ibarət yığma komandamıza rəqib olan qonaqlar yenə eyni hesablı məğlubiyyətə düçar olublar. Urmiyalı voleybolçuların «Azneft»lə nəzərdə tutulan son oyunu isə baş tutmayıb.
0