[b]Azərbaycan millisində yeni baş məşqçi[/b]
19.03.2018 - 17:26
[b]Azərbaycan millisində yeni baş məşqçi[/b]

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu vəzifə Azər Məmmədova həvalə olunub.

 

Məmmədov futbolçu karyerasında əsasən Qərb klubları – “Turan”, “Kəpəz”, “Şəmkir”dəki çıxış etməsi ilə tanınıb. O, həmçinin MOİK, “Xəzri”, “Qarabağ” və “Qəbəıə”nin də şərəfini qoruyub.

 

 Azərbaycan millisinin də formasını geyinmiş Məmmədov məşqçi kimi “Kəpəz”də çalışıb. O, Gəncə təmsilçisinin müxtəlif komandalarında fəaliyyət göstərib.

0