[b]Levandovskinin transfer qiyməti - 100 milyon avro [/b]
19.03.2018 - 18:50
[b]Levandovskinin transfer qiyməti - 100 milyon avro [/b]

“Bavariya”nın hücumçusu Robert Levandovski yayda klubunu dəyişə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu ilə ilkin razılıq əldə edən “kral klubu” münhenlilərlə də ortaq məxrəcə gəlməyə çalışır.

 

Bundesliqa çempionu qol “silahı”nı satmağın əleyhinə deyil. Almanlar hətta onun transfer qiymətini də açıqlayıblar. Belə ki, “Bavariya” rəhbərliyi 30 yaşlı forvardın keçidi üçün 100 milyon avrodan aşağı qiymətə danışıq aparmaq niyyətində olmadığını bəyan edib.

 

Qeyd edək ki, Robert Levandovskinin “Bavariya” ilə müqavilə müddəti 2021-ci ilə qədərdi. 

0