[b]“Sumqayıt”ın məşqində yeni futbolçular[/b]
19.03.2018 - 19:09
[b]“Sumqayıt”ın məşqində yeni futbolçular[/b]

Ötən tur “Kəpəz”i məğlub edən “Sumqayıt” istirahəti başa vuraraq, hazırlıq proseslərini bərpa edib. Apasport.az saytının məlumatına görə, “kimyaçılar” bu gün doğma arenada Samir Abasovun rəhbərliyi altında məşqə çıxıb.

 

Hazırlığı komandanın rəhbərliyi də izləyib. Cavid İmamverdiyev, Amil Yunanov, Rəşad Eyyubov və Tural Axundov əsas, Ülvü İsgəndərov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev isə U-21 millinin toplanışında olduğundan məşqdə iştirak etməyiblər.

 

Əvəzedici heyətdən isə bir neçə futbolçu hazırlıq prosesinə cəlb olunub. 1.5 saat davam edən məşqin ilk hissəsi yüngül qaçış, ikinci hissəsi isə toplu çalışmalarla keçirilib. 
 

Qeyd edək ki, “Sumqayıt” həftə sonu yoxlama görüşü keçirməyi planlaşdırır.

0