[b]“Messi ilə ancaq vurduğum qolların sayı müqayisə oluna bilər” – FOTO[/b]
19.03.2018 - 19:23
[b]“Messi ilə ancaq vurduğum qolların sayı müqayisə oluna bilər” – FOTO[/b]

“Liverpul”un futbolçusu Muhammed Salah maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, misirli hücumçu Messi ilə müqayisə olunması ilə bağlı “Marca” nəşrinə danışıb.

 

O, hər bir futbolçunun Mesi ilə müqayisə olunmaqdan qürur duyduğunu bildirib: “Sözsüz hər bir insan üçün böyük qürurdu ki, onu böyük Messi ilə müqayisə edirlər. O, artıq uzun illərdi ki, yüksək səviyyəli çıxış edir. Bu məqam ona hörmət eləmək üçün əsas səbəbdi. Düşünürəm ki, indiki zamanda bizim ancaq vurduğumuz qolların sayı müqayisə oluna bilər”.

 

Qeyd edək ki, ötən tur İngiltərə Premyer Liqası çərçivəsində “Uotford”la oyunda Salah 4 qolla komandası “Liverpul”a qələbə qazandırmışdı.

0