[b]“Qarabağ” başladı[/b]
19.03.2018 - 20:45
[b]“Qarabağ” başladı[/b]

Azərbaycan Premyer Liqasının XX turunda “Neftçi”ylə oyundan sonra istirahətə buraxılan “Qarabağ” bu gün məşqləri bərpa edib. Apasport.az saytının məlumatına görə, ağdamlılar klubun bazasında bir araya gəlib.

 

Futbolçular məşqə çıxaraq aprelin 1-i baş tutacaq “Keşlə” ilə oyunun hazırlığına start verib.

 

Milli komandamızda yer alan futbolçular məşqdə iştirak etməyib.

 

Qeyd edək ki, əvəzedici heyətin bir neçə üzvü də əsas komanda ilə məşqə çıxıb.

0