[b]Astorinin adı əbədiləşdiriləcək[/b]
19.03.2018 - 21:20
[b]Astorinin adı əbədiləşdiriləcək[/b]

“Fiorentina” mərhum futbolçusu Davide Astorinin adını əbədiləşdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə klubun prezidenti Mario Konyini açıqlama verib.

 

O bildirib ki, bundan sonra klubun məşq bazası “Centro Sportivo Davide Astori” adlandırılacaq.

 

Qeyd edək ki, daha əvvəl futbolçunun çıxış etdiyi “Kalyari” və “Fiorentina” klubu 13 nömrəli formanın əbədiləşdiriləcəyi ilə bağlı xəbər yaymışdı.

0