[b]“Qarabağ”lı oyunçu niyə milliyə çağrılmayıb? - baş məşqçi açıqladı[/b]
19.03.2018 - 22:46
[b]“Qarabağ”lı oyunçu niyə milliyə çağrılmayıb? - baş məşqçi açıqladı[/b]

“Qarabağ”ın futbolçusu Ansi Aqollinin Albaniya millisinə çağırılmamasının səbəbi açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Kristian Panuççi mətbuat xidmətində açıqlama verib.

 

Norveç yığması ilə yoldaşlıq oyunundan öncə mətbuat önünə çıxan italiyalı çalışdırıcı yerli jurnalistlərin suallarını cavablandırıb.

 

O bildirib ki, Ansi Aqollinin yığmaya dəvət almamasının əsas səbəbi yaş amilidir: “Aqollinin hazırda 36 yaşı var, AÇ-2020 vaxtı 38 olacaq. Onunla bu barədə danışmışam. Hazırda Ansinin mümkün əvəzləyicisini nəzərdən keçirirəm. Lakin lazım olsa, onu yenidən milliyə çağıracam. Aqolli ilə 28-30 yaşlarında çalışmaq istərdim”.

 

Qeyd edək ki, Norveçlə yoldaşlıq görüşü martın 26-da Elbasan şəhərindəki eyniadlı arenada keçiriləcək. 

0