[b]Rəqibimizin heyətində dəyişiklik: APOEL-in oyunçusu Bakıya gəlməyəcək[/b]
20.03.2018 - 01:57
[b]Rəqibimizin heyətində dəyişiklik: APOEL-in oyunçusu Bakıya gəlməyəcək[/b]

Millimizlə yoxlama oyununda qarşılaşacaq Belarus yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Kiprin APOEL klubunun müdafiəçisi Denis Polyakov Bakıya gəlməyəcək.

 

Zədə alan futbolçu heyətdən çıxarılıb, onun yerinə isə Brest “Dinamo”sundan Aleksey Qavriloviç çağırılıb.

 

Qeyd edək ki, Belarus Azərbaycanla yanaşı, Sloveniya yığması ilə də yoldaşlıq görüşünü səfərdə keçirəcək. Millimizlə oyun martın 23-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

0