[b]“Qəbələ”dən 15:0 hesablı qələbə[/b]
22.03.2018 - 10:14
[b]“Qəbələ”dən 15:0 hesablı qələbə[/b]

Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə hazırlıqlarını Bakıda gerçəkləşdirən “Qəbələ” yoxlama oyunu keçirib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, XX turun “Keşlə” ilə martın 13-də keçirilən qarşılaşmasının (1:1) ardından üçgünlük istirahətə buraxılan, ayın 17-dən məşqlərini bərpa edən “qırmızı-qaralar” “Tufan” klubu ilə görüşüb.

 

Region Liqasında çıxış edən rəqiblə matç “Bakı” FK-nın təlim-məşq bazasında keçirilib. Milli komandaların heyətinə çağırılan futbolçuların iştirak etmədiyi qarşılaşmada baş məşqçi Roman Qriqorçuk bu start “11-liy”inə şans verib: Dmitri Bezotosnı, Vitali Vernidub, Voislav Stankoviç, Təmkin Xəlilzadə, Rasim Ramaldanov, Filip Ozobiç, Dion Malone, Cavid Hüseynov (k), Stiven Monroz, Baqali Dabo, Famussa Kone. “Qəbələ”nin üstünlüyü ilə keçən matçın gedişində Aqil Məmmədov, Elvin Camalov, Elvin Məmmədov, Yusif Nəbiyev, Abbas Ağazadə, İlqar Qurbanov, Amin Seydiyev də meydana daxil olub.

 

Oyun “qırmızı-qaralar”ın 15:0 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ”nin heyətində Baqali Dabo və Stiven Monroz hərəyə 3, İlqar Qurbanov 2, Təmkin Xəlilzadə, Abbas Ağazadə, Famussa Kone, Filip Ozobiç, Elvin Məmmədov, Elvin Camalov hərəyə 1 dəfə fərqlənib. Toplardan biri isə avtoqol hesabına gerçəkləşib.

 

Bu oyundan sonra məşqlərini paytaxtda davam etdirəcək bölgə klubunun daha bir yoxlama görüşü keçirməsi planlaşdırılır.

0