[b]Rəşad Sadıqovun "siftə"si korlandı - YENİLƏNİB[/b]
22.03.2018 - 23:54
[b]Rəşad Sadıqovun "siftə"si korlandı - YENİLƏNİB[/b]

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin mübarizə apardığı 5-ci seçmə qrupunda iki qarşılaşma baş tutub.

 

Yığmamız səfərdə Kosovo ilə görüşüb. Bu, millimizin ötən ilin sonunda baş məşqçi təyin olunan Rəşad Sadıqovun rəhbərliyi altında ilk seçmə oyunu idi. Səfər sınağınadək yığmamızı bir neçə yoxlama matçına çıxaran 36 yaşlı çalışdırıcı ilk ciddi sınağını Balkan yarımadasında verib.

 

Qarşılaşma Kosovonun Mitrovitsa şəhərindəki Adem Yaşari Olimpiya stadionunda baş tutub. Bu, gənclər millimizin seçmə mərhələdə 6-cı görüşü olub. Əvvəlki 5 oyunda qələbə nə olduğunu bilməyən və turnir cədvəlinin zirzəmisində vurnuxan komandamız ənənəsinə sadiq qalıb.

 

5-ci qrupun autsayderi olan futbolçularımız yeni baş məşqçinin debütünə uğurlu nəticə bəxş edə bilməyib. Qarşılaşmanın ilk yarısı qolsuz bərabərliklə başa çatsa da, fasilədən sonra yığmamızı 2 dəfə mərkəzə dəvət edən meydan sahibləri qələbə qazanıblar.

 

 

AVRO-2019-un seçmə mərhələsi

5-ci qrup

22 mart

Kosovo – Azərbaycan - 2:0

Qollar: F. Hasani, 54; B. Kolqeci, 61

Baş hakim: Donald Robertson

Baş hakimin köməkçiləri: Cordan Stokoe və Şon Karr

Dördüncü hakim: Nikolas Uolş (hamısı Şotlandiya)

Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu

Kosovo: 1. Visar Bekay, 3. Arian Kabaşi, 4. Besfort Kolqeci (k) (23. Arbenit Cemayli, 81), 5. Ardian İsmayli, 6. Dren Feka, 7. Valmir Suleymani, 8. Florent Hasani, 10. Ron Broya (11. Meriton Korenika, 84), 13. Lirim Mema, 19. Mirlind Daku (22. Kuştrim Şabani, 67), 20. Kamer Krasniqi

Ehtiyat oyunçular: 12. Floryan Smakiqi, 9. Mendurim Hoti, 15. Muharrem Yaşari, 17. Ylber Maloku

Baş məşqçi: Rafet Prekazi

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sərtan Taşqın, 3. Cabir Əmirli (8. Budaq Nəsirov, 57), 4. Bəhlul Mustafazadə (k), 5. Elvin Sərkərov, 6. Qismət Alıyev, 7. Ehtiram Şahverdiyev, 9. Ramil Şeydayev, 10. Mahir Mədətov, 19. Fəhmin Muradbəyli (17. Ozan Can Kökcü, 53), 23. Hacıağa Hacıyev (15. Ülvü İskəndərov, 71)

Ehtiyat oyunçular: 1. Abdulla Seyidəhmədov, 13. Murad Qayalı, 20. Ömər Buludov, 21. İlkin Muradov

Baş məşqçi: Rəşad Sadıqov

 

Komanda

O

Q

H

M

T/F

X

1

Almaniya

6

5

0

1

23-6

15

2

İrlandiya

5

3

1

1

9-3

10

3

Kosovo

7

3

1

3

8-8

10

4

Norveç

6

2

2

2

7-8

8

5

İsrail

6

2

1

3

9-13

7

6

Azərbaycan

6

0

1

5

3-21

1

 

0