[b]Millimiz Almaniyaya uduzdu - YENİLƏNİB[/b]
22.03.2018 - 16:55
[b]Millimiz Almaniyaya uduzdu - YENİLƏNİB[/b]

Almaniyada 17 yaşadək qızlardan ibarət yığmalar arasında Avropa çempionatının elit-raund mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, millimiz bu gün ilk turun matçına çıxıb.

 

Siyasət Əsgərovun yetirmələri meydan sahibləri ilə üz-üzə gəliblər. Noybrandenburq şəhərində baş tutan qarşılaşma millimizin 0:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.  

 

VII qrupda ilk turun digər matçında isə İslandiya və İrlandiya komandaları qarşılaşacaq.

 

Avropa çempionatının elit-raund mərhələsi

I tur

 

Almaniya U-17 – Azərbaycan U-17 - 5:0

Baş hakim: Anastasiya Romanyuk (Ukrayna)

Hakim köməkçiləri: Alesandra Vdovina (Ukrayna), Karolin Kayvoya (Estoniya)

Dördüncü hakim: Reelika Turi (Estoniya)

Noybrandenburq. “Neu.sw Stadion”

0