[b]“Azərbaycanla oyuna hazırıq” - Daku[/b]
22.03.2018 - 14:24
[b]“Azərbaycanla oyuna hazırıq” - Daku[/b]

“Birinci oyunla müqayisədə bu dəfə bizə asan olacaq. Çünki rəqibi artıq tanıyırıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Kosovonun 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Mirlind Daku deyib.

 

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün azərbaycanlı həmyaşıdlarını qəbul edəcək kosovoluların futbolçusu ölkənin futbol federasiyasının saytına danışıb.

 

O, meydana qələbə üçün çıxacaqlarını vurğulayıb: “Bizi nələrin gözlədiyini bilirik. Azərbaycanla səfərdəki matçda çox yaxşı təsir bağışlamışdıq. Xeyli qol epizodu yaratmışdıq. Bu dəfə isə epizodları dəyərləndirəcəyimizi gözləyirəm. Yəni meydandan qələbə ilə ayrılacağıq. Bugünkü hava şəraiti oyunöncəsi məşqimizə mane oldu. Buna baxmayaraq, biz görüşə hazırıq. Qələbə istəyimizə çatacağıq”.

 

Qeyd edək ki, Mitrovitsa şəhərində, Adem Yaşari Olimpiya stadionunda baş tutacaq qarşılaşma saat 22:00-da start götürəcək.

0