[b]“Qarabağ” "Sumqayıt"ı qəbul edəcək[/b]
22.03.2018 - 14:57
Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" yoxlama görüşü keçirəcək. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi "Qarabağ"la qarşılaşacaq.
Oyun martın 24-də baş tutacaq.
Qeyd edək ki, "Azersun Arena"da keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.
0
0