[b]Bütün təyinatlar açıqlandı[/b]
22.03.2018 - 19:01
[b]Bütün təyinatlar açıqlandı[/b]

Futbol üzrə Azərbaycan I Divizionunda XX turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Apasport.az saytı xəbər verir ki, sabah və birigün keçiriləcək matçları təcrübəli referilər idarə edəcək.

 

Belə ki, bu turun görüşləri Premyer Liqa hakimləri İnqilab Məmmədov, Orxan Məmmədov, Ömər Paşayev, Rauf Cabbarov və Rəvan Həmzəzadəyə həvalə olunub. Əsas hakimlərlə yanaşı, onların köməkçiləri, həmçinin AFFA nümayəndələri və hakim-inspektorlar da müəyyənləşib.

 

 

Azərbaycan I Divizionu

XX tur

 

23 mart (cümə)

 

15:00. “Mil-Muğan” – “Binə”

Hakimlər: İnqilab Məmmədov, Elşən Acalov, Habil Əliyev, Ramiz Məhərrəmov

AFFA nümayəndəsi: İlham Əliyev

Hakim-inspektor: Munis Abdullayev

Heydər Əliyev adına İmişli şəhər stadionu

 

15:00. “Qaradağ Lökbatan” – “Sabah”

Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Elgün Hüseynov

AFFA nümayəndəsi: Rüfət Əliyev

Hakim-inspektor: Əlibala Ələsgərov

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

 

15:00. “Xəzər” – “Turan Tovuz”

Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Eyyub İbrahimov, Səbuhi Bayramov

AFFA nümayəndəsi: Vahid Hüseynov

Hakim-inspektor: Ramiz Əsədov

“İnter Arena”

 

24 mart (şənbə)

 

15:00. “Şüvəlan” – “Ağsu”

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Hüseynxəlil Orucoğlu, Anar Göyçayski

AFFA nümayəndəsi: Sahib Əliyev

Hakim-inspektor: Rufulla Kərimov                     

“AZAL Arena”

 

15:00. “Zaqatala” – MOİK

Hakimlər: Rəvan Həmzəzadə, Kənan Məlikov, Samir Hacıyev, Emin Nağıbəyov

AFFA nümayəndəsi: Rəhman Tağıyev

Hakim-inspektor: Azad Mütəllimov

Zaqatala şəhər stadionu

0