Millinin tarixində ilk: 17 il sonrakı qayıdış

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin az əvvəl start götürən Kosovo – Azərbaycan matçı Rəşad Sadıqovun baş məşqçi kimi rəsmi debütü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bununla da 36 yaşlı çalışdırıcı U-21-in tarixində ilk müəllifi olub.

 

Belə ki, indiyədək heç kim həm futbolçu, həm məşqçi kimi bu yığmamızla seçmə mərhələnin iştirakçısı olmayıb. Rəşad isə AVRO-2002-də millimizin formasında 5 görüş keçirib.

 

2000-01-ci illərdə U-21-in formasını daşıyan Sadıqovun bu komandadakı sonuncu qarşılaşması Makedoniya ilə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundakı oyundu. 2001-ci il sentyabrın 4-də Ramal Hüseynovun qolu ilə qələbə qazanan millimizin heyətində yer alan Rəşad 17 ildən sonra yenidən U-21-lə seçmə matçına çıxıb. Onun bu komandayla qitəmiqyaslı turnirə qayıdışı 6043 gündən sonraya təsadüf edib.

 

Həmin qarşılaşmanın iştirakçılarından Elçin Rəhmanov əsas millidə məşqçi, Ramin Quliyev U-17-də baş məşqçi kimi çalışırsa, makedoniyalı gənclərin ulduzu Qoran Pandev bir neçə gündən sonra yenə yığmamıza qarşı oynamaq imkanı qazanacaq. Söhbət əsas milllərin Antalyadakı yoxlama oyunundan gedir.

 

36 yaşlı çalışdırıcı U-21 yığmamızın tarixinə seçmə oyunlardakı 11-ci baş məşqçi kimi düşüb. Rəşada qədər 10 məşqçi qitə çempionatlarının görüşlərində millimizə başçılıq edib. Onlardan doqquzu - Valeri Hacıyev, Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Yaşar Vahabzadə, Təbriz Həsənov, Nazim Əliyev, Şakir Qəribov və Samir Ələkbərov yerli məşqçilərdisə, Bernard Lippert  Almaniya təmsilçisidi.

 

Qeyd edək ki, Rəşad U-21-in seçmə oyunundakı ən gənc baş məşqçisi olub. 35 yaş 279 günlük çalışdırıcı Vaqif Sadıqova məxsus göstəricini 82 gün üstələyib.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 24 18 5 1 34-8 59

2.

Qəbələ

24 12 6 6 37-24 42

3.

Sumqayıt 24 11 6 7 31-26 39

4.

Neftçi

24 11 4 9 32-24

37

5.

Zirə

24

9 8 7 30-26 35

6

Keşlə 24 5 6 13 22-37 21

7.

Səbail

24

5 5 14 16-33 20

8.

Kəpəz

24 3 4 17 15-39 13
               

 

Top 10