[b]Rəqiblər qələbə üzü görmədi[/b]
22.03.2018 - 23:13
[b]Rəqiblər qələbə üzü görmədi[/b]

Azərbaycan millisinin Millətlər Liqasının qrup mərhələsindəki rəqibləri Malta və Farer adaları yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, hər iki komanda bu günkü matçda qələbə qazana bilməyib.

 

Farer adaları Latviya ilə qollu bərabərliyə imza atıb - 1:1. Rəqibimizin heyətində Atli Qreqersen 27-ci dəqiqədə fərqlənib.

 

Malta isə Lüksemburqla qarşılaşmanın son saniyələrində qol buraxaraq, meydanı məğlub (0:1) tərk edib.

0