[b]Məmmədyarovdan növbəti heç-heçə - YENİLƏNİB[/b]
24.03.2018 - 01:14
[b]Məmmədyarovdan növbəti heç-heçə - YENİLƏNİB[/b]

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün XI turun oyunları keçirilir.

 

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov autsayderlər zonasında qərarlaşan rəqibi ilə üz-üzə gəlib. Belə ki, şahmatçımız ABŞ-lı Uesli So ilə görüşüb. Qara fiqurlarla mübarizə aparan Məmmədyarov görüşü sülhlə başa vurub.

 

Bu şahmatçıların ilk dövrədəki duelində bərabərlik qeydə alınıb.

 

 

İddiaçılar turniri

XI tur

 

Liren Dinq (2769, Çin) - Aleksandr Qrişuk (2767, Rusiya) - 0.5:0.5

Uesli So (2799, ABŞ) - Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - 0.5:0.5

Fabiano Karuana (2784, ABŞ) - Vladimir Kramnik (2800, Rusiya) - 0.5:0.5

Levon Aronyan (2794, Ermənistan) - Sergey Karyakin (2763, Rusiya) - 0:1

 

Turnir cədvəli: Karuana - 7 xal; Məmmədyarov - 6.5; Qrişuk, Karyakin – 6; Dinq - 5.5; Kramnik – 5; So - 4.5; Aronyan – 3,5

0