[b]Almanlar rəqib tanımır[/b]
23.03.2018 - 00:30
[b]Almanlar rəqib tanımır[/b]

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı V qrupda bu gün daha bir oyun keçirilib.

 

Belə ki, lider Almaniya İsraili qəbul edib. Oyun gözlənildiyi kimi, Bundestimin qələbəsi ilə nəticələnib - 3:0. Eduard Louenin 11, Sedrik Teçerin 26 və Levent Öztunalının 88-ci dəqiqədə (penaltidən) vurduğu qollar sayəsində almanlar liderliklərini bir qədər də möhkəmlədiblər.

 

Qeyd edək ki, Azərbaycan yığması səfərdə Kosovoya 0:2 hesabı ilə yenilib.

 

Komanda

O

Q

H

M

T/F

X

1

Almaniya

6

5

0

1

23-6

15

2

İrlandiya

5

3

1

1

9-3

10

3

Kosovo

7

3

1

3

8-8

10

4

Norveç

6

2

2

2

7-8

8

5

İsrail

6

2

1

3

9-13

7

6

Azərbaycan

6

0

1

5

3-21

1

 

0