[b]“Azərbaycan yığmasını səfərdə də məğlub etməliydik” – Florent Hasani[/b]
23.03.2018 - 10:15
[b]“Azərbaycan yığmasını səfərdə də məğlub etməliydik” – Florent Hasani[/b]

“Azərbaycanla görüşdə qələbəyə tam layiq idik. Biz bu qələbəni qazanmağa borclu idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kosovonun U-21 yığmasının futbolçusu Florent Hasani deyib.

 

O, AVRO-2019-un seçmə mərhələsinin Azərbaycanla ev oyunundakı 2:0 hesablı qələbə haqda fikirlərini açıqlayıb. Hasani ötən il Bakıda keçirilən görüşdə xal itirdiklərinə məyusluğunu gizlətməyib: “Azərbaycan yığmasını səfərdə də məğlub etməliydik. Bunu bacarmamağımız günah idi. Lakin biz irəli baxmalıyıq. Çünki hələ də qrupdan çıxmaq şansımız qalır. Növbəti matçda çox çətin rəqibimiz olacaq. Buna görə də yaxşı hazırlıqlı olmaq lazımdır. Azərbaycan üzərində qələbə Almaniya ilə görüş öncəsi motivasiyamızı artırır. Bilirik ki, yarışın son çempionu ilə görüşəcəyik. Azarkeşlərimizi həm oyun, həm nəticə ilə məyus etməməyə çalışacağıq”.

 

 

0