[b]“Qarşımızda çox yaxşı təşkilatlanmış komanda var idi” – rusiyalı baş məşqçi[/b]
23.03.2018 - 10:42
[b]“Qarşımızda çox yaxşı təşkilatlanmış komanda var idi” – rusiyalı baş məşqçi[/b]

“Azərbaycan üzərində böyükhesablı qələbə qazansaq da, oyun asan olmadı. Çünki qarşımızda çox yaxşı təşkilatlanmış komanda var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın U-19 millisinin baş məşqçisi Andrey Qordeyev deyib.

 

Rusiyalı mütəxəssis Azərbaycanla Bakıda keçirilən yoxlama oyunu haqda fikirlərini bildirib. Qordeyev 4:0 hesablı qələbədən razı qaldığını gizlətməyib: “Lakin futbolçularımıza “afərin” deyirəm. Onlar özlərini yaxşı tərəfdən göstərib, böyük həcmdə iş gördülər. Əsas qeyd olunası məqam odu ki, 4 qol imkanının heç birini qaçırmadıq. Qapımız önündə belə vəziyyətlər isə çox az oldu. Futbolçularımız oyunun keçirildiyi təbii ot örtüyünə tez uyğunlaşa bildilər. Hərçənd Rusiyada süni örtükdə oynayırlar. Müsbət nəticəyə nail olduq və indi iki gün sonra eyni rəqiblə keçiriləcək növbəti qarşılaşmaya hazırlaşmalıyıq”.

 

0