[b]“Çoxsaylı qol epizodları yaratmağı bacardıq” - FOTO[/b]
23.03.2018 - 11:00
[b]“Çoxsaylı qol epizodları yaratmağı bacardıq” - FOTO[/b]

“Azərbaycanla Bakıda keçirilən son oyunumuzda olduğu kimi yenə meydanda dominantlıq etdik. Lakin səfərdə qol imkanlarını qaçırmışdıqsa, bu dəfə xoşbəxtlikdən 2 dəfə rəqib qapısına yol tapdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kosovonun U-21 yığmasının futbolçusu Ardian İsmaili deyib.

 

O, AVRO-2019-un seçmə mərhələsinin Azərbaycanla Mitrovitsadakı görüşü barədə fikirlərini açıqlayıb. Kosovolu futbolçu 2:0 hesablı qələbədən məmnun qalıb: “Çoxsaylı qol epizodları yaratmağı bacardıq. Almaniya ilə çox çətin qarşılaşma öncəsi vacib xallar əldə etdik. Arenaya toplaşan azarkeşlər gördü ki, biz necə futbol oynadıq. Düşünürəm ki, Almaniya ilə matçda daha çox azarkeş toplamağa layiq oyun göstərdik”.

0