[b]“Azərbaycanla oyun çox çətin hava şəraitində keçdi”[/b]
23.03.2018 - 11:14
[b]“Azərbaycanla oyun çox çətin hava şəraitində keçdi”[/b]

“Azərbaycan millisi üzərində 5:0 hesablı qələbədən çox razıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Almaniya millisinin baş məşqçisi Annuşka Bernhard deyib.

 

Avropa çempionatının elit-raundunun Azərbaycanla görüşü barədə fikirlərini açıqlayan mütəxəssis 5:0 hesablı qələbədən sevincli olduğunu qeyd edib: “Elit-raunddakı start oyunumuz çox çətin hava şəraitində keçdi. Rəqib də bizim işimizi kifayət qədər çətinləşdirirdi. Bu qədər azarkeş qarşısında oynamaq bizim üçün xoş idi. Qarşıdakı iki matçda – İslandiya və İrlandiya ilə qarşılaşmalarda da tribunalarda belə ab-havanın olmasını istəyirəm”.

 

0