[b]“Azərbaycan yığmasına daha çox qol da vura bilərdik” - FOTO[/b]
23.03.2018 - 11:43
[b]“Azərbaycan yığmasına daha çox qol da vura bilərdik” - FOTO[/b]

“İlk yarıda yaxşı oynadıq. Hətta 2-3 qol imkanı da yaratdıq. Lakin bəxtimiz gətirmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kosovonun U-21 yığmasının üzvü Valmir Suleymani deyib.

 

O, Azərbaycan yığması ilə AVRO-2019-un seçmə oyunu haqda fikirlərini açıqlayıb: “Fasilədə baş məşqçimiz bizə bir az da motivasiya verdi, imkanlardan istifadə etməyə köklədi. Biz də ikinci yarıda iki qol vurduq. Amma daha çox qol da vura bilərdik. Öz oyunumdan da razıyam. Düzdü, qol vurmaq sarıdan bəxtim gətirmədi. Hətta epizodların birində tiri nişan aldım. Ümid edirəm ki, Almaniya ilə görüşdə bəxtim gətirər”.

 

Qeyd edək ki, Kosovo millisi ev oyununda 2:0 hesablı qələbə qazanıb.

 

0