[b]28 oyunda 14 böyükhesablı məğlubiyyət[/b]
23.03.2018 - 12:34
[b]28 oyunda 14 böyükhesablı məğlubiyyət[/b]

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raunduna Almaniyaya 0:5 hesablı məğlubiyyətlə başlayıb. Apasport.az saytının məlumatına görə, bu yenilgi komandamızın seçmə mərhələlərdə 14-cü böyükhesablı məğlubiyyətidi.

 

Hesabında cəmi 28 matç olan millimiz bu görüşlərin düz yarısında darmadağına üzülüb. Almaniyadakı görüş də antirekord deyil.

 

Belə ki, yığmanın hesabında daha ağır məğlubiyyətlər də var. Bundestimin antorekordumuzu təkrarlatdırmasına 2 qol çatmayıb. Bir dəfə İspaniya, bir dəfə Avstriya yığmamızın qapısından 7 cavabsız qol keçirib.

 

17 yaşadək qızlardan ibarət yığmamızın Avropa çempionatlarının seçmə mərhələlərindəki böuyükhesablı məğlubiyyətləri

10.10.2007. Polşa – 0:4

09.10.2008. Fransa – 0:6

30.09.2011. Ukrayna – 0:3

02.10.2011. İspaniya – 0:7

29.10.2012. Avstriya – 1:4

31.10.2012. İsveç – 1:7

02.08.2013. Avstriya – 0:7

04.08.2013. Polşa – 0:5

11.10.2014. İsveçrə - 0:5

28.09.2015. Çexiya – 1:4

08.10.2016. Macarıstan – 0:3

10.10.2016. Polşa – 0:4

05.10.2017. İspaniya – 0:3

22.03.2018. Almaniya – 0:5

0