[b]Qol həsrətində[/b]
23.03.2018 - 13:42
[b]Qol həsrətində[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi qolsuzluq seriyası ilə üzləşib. Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsində üç matçdı rəqib qapısına yol tapa bilmir.

 

Komandamız sonuncu dəfə ötən il oktyabrın 6-da Almaniya ilə səfər görüşündə qol sevinci yaşayıb. İlyas Səfərzadənin qolu millimizin hələlik sonuncu sevincidi.

 

Yığmamız Almaniya (0:7) və Kosovo (0:0) ev görüşlərindəki susqunluğu sonuncularla səfər matçında da davam etdirib.

0