[b]“Qəbələ” və “Keşlə” yoxlama oyununda üz-üzə gələcək[/b]
23.03.2018 - 14:24
[b]“Qəbələ” və “Keşlə” yoxlama oyununda üz-üzə gələcək[/b]

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarını Bakıda gerçəkləşdirən “Qəbələ” və “Keşlə” yoxlama görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçiləri sabah “Bakı” FK-nın təlim-məşq bazasında üz-üzə gələcək. Yoxlama oyunu saat 15:00-da başlayacaq.

 

Qeyd edək ki,  fasilədə ikinci matçını keçirəcək “Qəbələ” martın 21-də “Tufan”la keçirdiyi yoxlama matçında 15:0 hesabı ilə qalib gəlib.

 

 

0