[b]Avropanın sonuncusu: Təsəlli yalnız Andorradı[/b]
23.03.2018 - 14:40
[b]Avropanın sonuncusu: Təsəlli yalnız Andorradı[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2019-un seçmə mərhələsində ən çox qol buraxan komandadı. Apasport.az saytının məlumatına görə, Kosovo ilə səfər qarşılaşmasında 0:2 hesabı ilə uduzan yığmamız tsiklin antirekordçusu olub.

 

Belə ki, artıq komandamız 6 görüşdə 21 top buraxıb. Bu da cari seçmə mərhələdə ən zəif müdafiə xətti anlamına gəlir. Digər çox qol buraxanlardan Moldova 16, Kipr 17, San-Marino 20 dəfə topu qapısından çıxarıb.

 

Buraxılan qol sayında Avropanın sonuncusu olan millimiz yalnız Andorranın orta göstəricisindən təsəlli tapa bilər. 4 görüşdə 15 qol buraxan “cırtdan ölkə” təmsilçisi orta hesabla hər oyunda 3,75 qola üzülüb. Yığmamızda bu rəqəm 3,50-di. Lakin hələ o demək deyil ki, andorralılar növbəti iki matçda 6 qol buraxacaq və yığmamıza çatacaq.

 

Qeyd edək ki, ən az top buraxan Almaniya və İngiltərə cəmi 2 dəfə topu qapısında görüb.

0