[b]“Bu, Azərbaycanla oyun üçün də əlavə motivasiya olacaq” – “Palermo”nun hücumçusu[/b]
23.03.2018 - 15:40
[b]“Bu, Azərbaycanla oyun üçün də əlavə motivasiya olacaq” – “Palermo”nun hücumçusu[/b]

“Təlim-məşq toplanışında maksimum səylə çalışırıq. Yüksək səviyyədə hazırlıq keçməyimiz üçün əla şərait var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Makedoniya millisinin futbolçusu İlia Nesterovski deyib.

 

İtaliyanın “Palermo” klubunda çıxış edən hücumçu yığmasının Antalya toplanışını dəyərləndirib və qarşıdakı yoxlama matçları barədə danışıb. İlia Finlandiya ilə bu gün, Azərbaycanla martın 27-də baş tutacaq görüşlərin əhəmiyyətindən danışıb: “Finlandiya səviyyəli komandadı. Biz də onlarla qarşılaşmaya çox ciddi yanaşırıq. Rəqibi yaxşı təhlil etmişik. Onların güclü və zəif tərəflərini bildiyimizdən qələbə qazana bilərik. Bununla da komandadakı ab-havanı daha da yaxşılaşdırmış olacağıq. Bu, şübhəsiz ki, Azərbaycanla oyun üçün də əlavə motivasiya olacaq”.

 

0