[b]Şəhriyar 29 yaşında 225-ci oldu[/b]
23.03.2018 - 20:11
Azərbaycan millisində bir debüt gerçəkləşib. Apasport.az saytının məlumatına görə, az əvvəl start götürən Belarusla yoxlama oyununun “11-liy”ində yer alan Şəhriyar Rəhimov karyerasında ilk dəfə əsas millinin formasını geyinib.
29 yaşlı futbolçu yığmanın tarixinə 225-ci futbolçu kimi düşüb. Belə ki, əvvəlki 235 qarşılaşmada 224 oyunçu meydana çıxmışdı.
Qeyd edək ki, bugünkü görüşün gedişində meydana çıxsa, debütü rəsmiləşəcək daha 4 futbolçu var. Bunlar Asif Məmmədov, Tural Axundov, Rəşad Əzizli və Rahil Məmmədovdu.
0
0