[b]Cənubi azərbaycanlı soydaşlarımızdan millimizə dəstək[/b]
23.03.2018 - 20:38
[b]Cənubi azərbaycanlı soydaşlarımızdan millimizə dəstək[/b]

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununda Belarusla qarşılaşır. Apasport.az saytının məlumatına görə, hazırda davam edən və Bakı Olimpiya Stadionunda keçirilən görüş bir dəqiqəlik sükutla başlayıb.

 

Belə ki, ötən həftə vəfat edən tanınmış mütəxəssis, “Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyevin xatirəsi startdan əvvəl yad edilib.

 

Bundan başqa sözügedən oyunda millimizi dəstəkləməyə gələn cənubi azərbaycanlı azarkeşlər də diqqət mərkəzinə düşüblər. 100-150 nəfərlik qrup halında yığmamızı alqışlayan soydaşlarımız “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları səsləndiriblər.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən matçda hesab açılmayıb.

0