[b]Maksim də düşdü “o siyahı”ya[/b]
23.03.2018 - 21:07
[b]Maksim də düşdü “o siyahı”ya[/b]

Azərbaycan millisi tarixində 9-cu dəfə avtoqola üzülüb. Apasport.az saytının məlumatına görə, bu uğursuzluq Belarusla hazırda davam edən qarşılaşmada qeydə alınıb.

 

Maksim Medvedev bəxtsiz toxunuşla topu Kamran Ağayevin qoruduğu qapıya göndərib. Bu, müdafiəçinin əsas millidə ilk avtoqoludu.

 

Bunadək 8 dəfə belə üzüntü yaşayan yığmamızın antirekordçusu Rəşad Sadıqovdu. Sabiq kapitan 4 dəfə öz qapısına qol vurub.

 

Tərlan Əhmədov, Emin Ağayev, Emin Quliyev və Aftandil Hacıyev isə Maksim kimi bir dəfə qapıları səhv salıb.

 

Millinin bütün avtoqolları

 

7 sentyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu Bakı. Azərbaycan – İtaliya 0:2 Tərlan Əhmədov, 32 – hesabı açıb.

 

12 oktyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu Helsinki. Finlandiya – Azərbaycan – 3:0 Emin Ağayev, 14 – hesabı açıb

 

14 dekabr 2003-cü il. Yoldaşlıq görüşü Dubay. BƏƏ – Azərbaycan – 3:3 Emin Quliyev, 4 – hesabı açıb

 

26 mart 2005-ci il. DÇ-2006-ın seçmə mərhələ oyunu Varşava. Polşa – Azərbaycan – 8:0 Aftandil Hacıyev, 16 – hesabı 0:2 edib

 

29 may 2010-cu il. Yoldaşlıq görüşü. Bişofshofen. Makedoniya – Azərbaycan – 3:1 Rəşad Sadıqov, 66 – hesabı 0:2 edib

 

7 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunu Köln. Almaniya – Azərbaycan – 6:1 Rəşad Sadıqov, 53 – hesabı 0:4 edib

 

13 oktyabr 2014-cü il. AÇ-2016-nın seçmə mərhələ oyunu Osiyek. Xorvatiya – Azərbaycan – 6:0 Rəşad Sadıqov, 61 – hesabı 0:6 edib

 

1 sentyabr 2017-ci il. DÇ-2018-in seçmə mərhələ oyunu Oslo. Norveç – Azərbaycan – 2:0 Rəşad Sadıqov, 60 – hesabı 0:2 edib

 

23 mart 2018-ci il. Yoldaşlıq görüşü Bakı. Azərbaycan – Belarus – 0:1 (davam edir) Maksim Medvedev, 42 – hesabı açıb

0