[b]Yığmada daha iki “siftə”[/b]
23.03.2018 - 22:03
[b]Yığmada daha iki “siftə”[/b]

Azərbaycan millisinin Belarusla oyununun gedişində daha iki debüt gerçəkləşib. Apasport.az saytının məlumatına görə, sonradan komanda yoldaşlarını əvəzləyən Tural Axundovla Asif Məmmədov ilk dəfə millinin formasını geyinib.

 

Onlar “siftə”si bu matça təsadüf edən oyunçuların sayını 3-ə çatdırıb.

 

Belə ki, Şəhriyar Rəhimov da ilk dəqiqələrdən meydana çıxmışdı. Bu qarşılaşmada yalnız iki oyunçunun debüt şansı gerçəkləşməyib. Bunlar Rəşad Əzizli və Rahil Məmmədovdu.

 

Qeyd edək ki, Belarusla matçadək 224 oyunçu millinin şərəfini qorumuşdusa, rəqəm artıq 227-yə çatıb.

0