[b]“Rəqib bizi sıxırdı” – Belarusun baş məşqçisi[/b]
23.03.2018 - 22:15
[b]“Rəqib bizi sıxırdı” – Belarusun baş məşqçisi[/b]

“Bizim üçün qələbə çox vacib idi. Çünki uzun müddətdi komanda mənim rəhbərliyim altında qalib gələ bilmirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belarus millisinin baş məşqçisi İqor Kriuşenko deyib.

 

Yoldaşlıq oyununda millimizlə qarşılaşan belarusluların çalışdırıcısı oyundan sonra mətbuat konfransında iştirak edib.

 

O, fikirlərini bölüşməklə yanaşı jurnalistlərin suallarını da cavablandırıb: “Top saxlamağa çalışırdıq. İlk dəqiqələrdə bu alınırdı. Lakin vaxt keçdikcə komandamın ifasında arzuladığım oyunu görmədim. Rəqib bizi sıxırdı. Bununla da, onların arxa xəttində boş zonalar yaranırdı. Bundan istifadə etməyə çalışdıq. Bu, bəzən alınırdı, bəzən isə yox. Futbolçuların əksəriyyəti Belarus çempionatında çıxış edir. Çempionat başlamadığından, onların çoxu formada deyildi. Azərbaycanda isə əksinə, oyunçular yaxşı formada idi”.

 

- Hamımız bilirik ki, Belarusda xokkeyə daha çox diqqət yetirilir. Bu yaxınlarda ölkə prezidenti Lukaşenko futbola da diqqət ayıracaqlarını dedi. Bu, sizdə təzyiq yaratmır ki?

- Buna təzyiq yox, motivasiya kimi baxıram. Oyunçularımızın çoxu ölkə çempionatında çıxış edir. Belarusda akademiya tikilib. Bu oyunçuların yetişməsi üçün vaxt lazımdı.

0