[b]Kamran Ağayevlə ikinci dəfə[/b]
23.03.2018 - 22:46
[b]Kamran Ağayevlə ikinci dəfə[/b]

Azərbaycan millisi Belarusla yoldaşlıq oyununa Kamran Ağayevin kapitanlığı ilə çıxıb. Apasport.az saytının məlumatına görə, millinin indiki heyətinin ən təcrübəli üzvü olan qolkiper 2-ci dəfə sarğı ilə oynayıb.

 

O, ilk dəfə 2014-cü il martın 4-də Filippinlə Dubaydakı yoxlama matçında kapitan olmuşdu. 1479 gün əvvəlki görüşdə komandamız 1:0 hesabına sevinmişdisə, bu dəfə rəqib eyni hesabla qələbə əldə edib.

 

Qeyd edək ki, yığmada 71-ci oyununu keçirən Kamran kapitanlıq sayında Rauf Əliyev, Emin Ağayev, Mehman Yunusov və Vidadi Rzayevə çatıb.

0