[b]Namiq Ələskərov: İstədiyim kimi alınmadı – MÜSAHİBƏ[/b]
23.03.2018 - 23:34
[b]Namiq Ələskərov: İstədiyim kimi alınmadı – MÜSAHİBƏ[/b]

Milli komandamızın yarımmüdafiəçisi Namiq Ələskərov Belarusla oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun haqqında nə deyə bilərsiz? Sizcə, məğlubiyyətdən qaçmağa nə mane oldu?

- Matça yaxşı başlamışdıq, pis oynamadıq, amma əlimizə düşən imkanlardan yararlana bilmədik. Rəqib isə fürsətini yaxşı dəyərləndirdi.

 

- Necə düşünürsən, çıxışınız Qurban Qurbanovu razı saldımı?

- Deyə bilmərəm ki, ən yaxşı oyunumuz idi, amma ümumi götürəndə pis deyildik. Yeni baş məşqçimiz var, tədricən daha yaxşı olacağını düşünürük.

 

- Bəzi epizodlarda azarkeşlər komandanı fitə basırdı...

- Onları da başa düşmək lazımdı. Biz də onlar kimi ancaq qələbə qazanmaq istəyirdik, amma alınmadı. Bir az vaxta ehtiyacımız var.

 

- Zamanla uyğunlaşma olacaq deyirsiz, amma nəzərə alsaq ki, sentyabrda Millətlər Liqası başlayır, o vaxta kimi hazır ola biləcəksiz?

- Bütün yoldaşlıq oyunlarının məqsədi həmin turnirə hazırlaşmaqdı. Düşünürəm ki, o vaxta kimi daha yaxşı vəziyyətdə olacağıq.

 

- Bu gün millidə debüt edən oyunçulardan kimisə fərqləndirə bilərsən?

- Kimisə fərqləndirməyim düzgün olmaz. Məncə, hamı yaxşı oynadı.

 

- Bir hissədə bir, ikinci hissədə digər cinahda oynadın. Səncə, hansında çıxışın daha yaxşı alındı?

- Hər iki tərəfdə də oyunum tam istədiyim kimi alınmadı. Komandamıza daha çox xeyir vermək istəyirdim.

 

- Qurban Qurbanovun rəhbərliyi ilə millidə ilk oyununa çıxırdı. Əvvəlki dövrlə müqayisədə hansı fərqlər var idi?

- İndi ab-hava çox yaxşıdı. Əsas məsələ oyunçuların nizam-intizamıdır. Məşqlərdə də hamıdan əzmkarlıq tələb edir.

 

- Millətlər Liqasında komanda nəsə edə bilərmi?

- Rəqiblərimiz güclüdülər. Hər komandadan hər nəticə gözləmək olar. Çətin olacaq, amma biz də çalışırıq ki, ona qədər hazır olaq.

0