[b]Belarusu da sevindirdik[/b]
24.03.2018 - 00:27
[b]Belarusu da sevindirdik[/b]

Belarus millisi tarixində ilk dəfə Azərbaycan yığmasına qalib gəlib. Apasport.az saytının məlumatına görə, bu rəqiblə əvvəlki iki qarşılaşmada uduzmayan millimiz Bakı Olimpiya Stadionunda 0:1 hesabına üzülüb.

 

Yoxlama görüşlərində səfərdə 2:2 hesablı heç-heçə etdiyimiz, neytral meydanda 1 qolla qalib gəldiyimiz Belarus sevinməyi Bakıda bacarıb.

 

Bu yığma millimizi məğlub edən 48-ci komanda kimi tarixə düşüb. Belə ki, bu oyunadək qarşılaşdığımız 67 rəqibdən 47-nə uduzmuşduqsa, 20-nə qələbə sevinci yaşatmamışdıq. Artıq Belarus bu “20-liy”i tərk edib.

 

Beləliklə, uduzmadıqlarımızın sayı 19-a qədər azalıb. Belə ölkələr arasında Andorra 1-cidi. Bu komandaya 5 matçın heç birində uduzmamışıq. Əgər Qurban Qurbanovun ilk ev sınağında uduzmasaydıq, Belarus da Qırğızıstan, Lüksemburq və Latviya kimi 3 görüşdə yenilmədiyimiz komandalar sırasında qoşulacaqdı.

 

Qedy edək ki, məğlub olmadığımız digər rəqiblərdən 6-sı ilə iki, 9-u ilə 1 dəfə qarşılaşmışıq.

0