[b]Millimiz 5-ə yetişmədi[/b]
24.03.2018 - 00:46
[b]Millimiz 5-ə yetişmədi[/b]

Azərbaycan millisinin evdəki yoxlama oyunlarındakı məğlubiyyətsizliyi sona çatıb. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda Belarusa 0:1 hesabı ilə uduzan yığmamız 2417 gündən sonra doğma publika önündəki sınaqdan üzüağ çıxa bilməyib.

 

Düzdü, komandamızın seçmə oyunlarında həm ev, həm səfərdə uduzması az qala adi hala çevrilib. Yoxlama görüşlərində isə son belə yenilgi 2011-ci il avqustun 10-na təsadüf edib. Həmin gün “Dalğa Arena”nın qonağı olan Makedoniya Belarus kimi 1:0 hesabına sevinmişdi.

 

2012-ci ildə Bəhreyni, bir il sonra Maltanı 3:0 hesabına qonaq edən yığmamız 2015-ci ildə Moldovadan da güclü olmuşdu – 2:1.

 

2014-cü ildə Özbəkistanla qolsuz heç-heçə də məğlubiyyətsizlik seriyasının 4-ə çatmasında rol oynamışdı. Lakin futrbolçularımız yoxlama oyunlarındakı məğlubiyyətsizliyi 5-ə yüksəldə bilməyib.

0