[b]Ruslan Abışov: Bəxtsiz qol buraxdıq – MÜSAHİBƏ[/b]
24.03.2018 - 00:31
[b]Ruslan Abışov: Bəxtsiz qol buraxdıq – MÜSAHİBƏ[/b]

Ruslan Abışov Belarusla oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Yeni baş məşqçi ilə ikinci oyunda da qola və qələbəyə həsrət qaldınız. Nə çatışmır millidə?

- Yenilənmiş komanda ilə doğma meydanda ilk oyunmuz idi. Qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, pis oynamadıq. Sadəcə bəxtsiz bir qol buraxdıq. Nəzərə alsaq ki, yenidən qurulan komandayıq, hələ baş məşqçinin istədiklərini tam olaraq meydanda göstərə bilmirik. Amma düşünürəm ki, oyundan-oyuna daha yaxşı olacaq. Çünki getdikcə oyunçular da başa düşür ki, məşqçi onlardan nə istəyir. Bütün yoldaşlıq oyunları əslində Millətlər Liqasına hazırlıqdı. Bilirik ki, ordakı rəqiblərimiz də bizə qarşı müdafiədən oynayacaqlar. Biz də ona uyğun hazırlaşırıq.

 

- Milliyə təzə qoşulan oyunçular özlərini necə göstərdilər?

- Yığmaya dəvət alan oyunçular hamısı buna layiq idilər. Konkret nəsə demək istəmirəm, düşünürəm ki, hər biri komandanı gücləndirmək iqtidarında olan futbolçulardı.

 

- Qol necə alındı?

- Çox bəxtsiz bir vəziyyət idi. İlk hissənin sonlarında kuryoz qol buraxdıq. Əsas odur ki, belə oyunlardan nəticə çıxardaq.

 

- İki oyunda əldə edilən nəticələrdən sonra komandada ruh düşgünlüyü yaranmayıb?

- Nəticə həmişə önəmlidir, amma düşünürəm ki, yoxlama oyunlarından sonra nəsə demək düzgün deyil. O vaxta kimi çalışacağıq ki, toparlanaq və layiqli mübarizə aparaq.

0