[b]Makedoniya millimiz üçün gözübağlı məşq edir[/b] [b]- FOTOSESSİYA[/b]
25.03.2018 - 13:10
[b]Makedoniya millimiz üçün gözübağlı məşq edir[/b] [b]- FOTOSESSİYA[/b]

Martın 27-də milli komandamızla yoldaşlıq oyununda qarşılaşacaq Makedoniya millisi görüşün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışı keçən rəqibimizin məşqçiləri hazırlıqları maraqlı etmək üçün müxtəlif üsullardan istifadə edirlər.

 

Belə ki, bugünkü səhər məşqində fiziki hazırlıq üzrə çalışdırıcı İvan Yovanovski futbolçuların gözübağlı hərəkət etmə qabiliyyətini yoxlayıb. Pandev, Traxkovski, Nesterovski və digər oyunçuların gözlərini formaları ilə bağlayan məşqçi onlardan bir az uzaqda basdırılmış çubuqları tapmağı tələb edib.

 

Komanda yoldaşlarının “yaxın-uzaq”, “isti-soyuq” səsləri altında hərəkət edən futbolçular buna əsasən hədəfin yaxın və ya uzaq olduğunu müəyyənləşdiriblər.

 

Məşq prosesindən bir neçə foto təqdim edirik.

0