[b]Məmmədyarov çempionluğu əldən verdi - YENİLƏNİB[/b]
27.03.2018 - 23:30
[b]Məmmədyarov çempionluğu əldən verdi - YENİLƏNİB[/b]

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün sonuncu - XIV turun görüşləri keçirilib.

 

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramniklə qarşılaşıb. Qara fiqurlarla oynayan “Şah” görüşdən bərabərliklə ayrılıb.

 

Digər oyunda Fabiano Karuana Aleksandr Qrişuka qalib gələrək çempionluğu əldə edib. Məmmədyarov turniri ikinci pillədə başa vurub.

 

 

İddiaçılar turniri

XIV tur

 

Vladimir Kramnik (2800, Rusiya) – Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - 0,5:0,5

Aleksandr Qrişuk (2767, Rusiya) – Fabiano Karuana (2784, ABŞ) - 0:1

Levon Aronyan (2794, Ermənistan) – Uesli So (2799, ABŞ) - 0,5:0,5

Sergey Karyakin (2763, Rusiya) – Liren Dinq (2769, Çin) - 0,5:0,5

 

Turnir cədvəli: 

1. Karuana - 9

2. Məmmədyarov - 8

3. Karyakin - 8 

4. Dinq - 7.5

5. Kramnik - 6.5

6, Qrişuk – 6,5

7. So – 6

8. Aronyan – 4.5

0