[b]“Şəhriyarın oyunu getdiyi müddətdə...” - Fabiano Karuana[/b]
28.03.2018 - 10:02
[b]“Şəhriyarın oyunu getdiyi müddətdə...” - Fabiano Karuana[/b]

“Nəzarət vaxtına qədər Şəhriyarın oyununa ciddi nəzər yetirə bilmədim. Baxanda isə gördüm ki, artıq tam heç-heçəlik oyundu. Onda qərara aldım ki, öz oyunumu sakitcə sona çatdırım”. Apasport.az saytının məlumatına görə, bu sözlər amerikalı qrossmeyster Fabiano Karuanaya məxsusdu.

 

İddiaçılar Turnirin qalibi olmaqla, şahmat tacı uğrunda görüşdə Maqnus Karlsenlə (Norveç) qarşılaşacaq Karuana qələbəsini şərh edib.

 

O bildirib ki, əsas rəqibi Şəhriyar Məmmədyarov Vladimir Kramniklə heç-heçə etdikdən uğur qazanacağına tam əmin olub: “Əgər qalib mən olmasam, nə etmək mümkün idi? Bu, böyük bəxtsizlik sayılardı. İdmanda belə hallar da baş verir. Oyunun sonunda heç-heçə etməməyimin səbəbi isə lövhədəki vəziyyətlə bağlı idi. Durum qələbəyə bu qədər yaxın olmasaydı, mən heç-heçə təklif edərdim. Qrişukun heç bir əks-həmləsi yox idi. Belə bir vəziyyətdə mübarizəni dayandırmaq ayıb olardı. Şəhriyarın oyunu getdiyi müddətdə mən qələbəmə o qədər əmin deyildim. Lakin Məmmədyarovla Kramnikin partiyası qurtardıqda artıq uğuruma qəti şəkildə inanırdım”.

 

Qeyd edək ki, Karuana son turda Aleksandr Qrişuka qalib gəlib. O, ikinci olan həmyerlimiz Şəhriyar Məmmədyarovu 1 xal qabaqlayıb.

0