[b]Yığmamızın üzvü Türkiyədə 5-ci yer üçün oynayacaq[/b]
29.03.2018 - 10:09
[b]Yığmamızın üzvü  Türkiyədə 5-ci yer üçün oynayacaq[/b]

Qadın voleybolçular arasında Türkiyə Super Liqasında 5-8-ci yerlər uğrunda matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalarda Azərbaycan yığmasının oyunçusu Marqarita Əzizovanın çıxış etdiyi “Beşiktaş” “Halkbank”la üz-üzə gəlib.

 

İlk görüşdə rəqibini 3:2 hesabı ilə məğlub edən “qara qartallar” bu dəfə də qələbə qazanıblar – 3:1. Oyunun ilk iki hissəsində meydanda olan Əzizova 2 dəqiq zərbə vurub.

 

Bu qələbə “Beşiktaş”a 5-ci yer uğrunda oynamaq şansı verib. Əzizovanın komandası digər cütdə “Nilüfer Bld”dən üstün olan “Bursa BŞB” ilə qarşılaşacaq. Görüşlərin vaxtı hələ dəqiqləşməyib.

 

Qeyd edək ki, Türkiyə çempionatında “Fənərbaxça”nın şərfini qoruyan Polina Rəhimova bürünc medal üçün mübarizə aparacaq.  

0