[b]Qran-pri: İlk gündə medal olmadı - YENİLƏNİB[/b]
30.03.2018 - 18:01
[b]Qran-pri: İlk gündə medal olmadı - YENİLƏNİB[/b]

Bu gün Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə Qran-pri turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan millisinin 3 idmançısı tatamiyə çıxıb. Onlardan Oruc Vəlizadə medal qazanmağa yaxın olsa da, bunu bacarmayıb və 5-ci yeri tutub. 

 

60 kq

Millimizin perspektivli üzvü Sadiq Məhərrəmov ilk qarşılaşmasında rusiyalı Albert Monquşa ilə üz-üzə gəlib. Avropa Kubokunun sahibi startdaca məğlubiyyətə üzülüb.

 

Bu çəkidə mübarizə aparan digər cüdoçumuz – Oruc Vəlizadə isə İtalo Karvalyonu (Braziliya) sınağa çəkib. Təmsilçimiz çıxışını təmiz qələbə ilə bitirib. İkinci qarşılaşmasında Vinsent Limara (Fransa) da ipponla qalib gələn Vəlizadə 1/4 finalda Temur Nozadzeni (Gürcüstan) də mübarizədən kənarlaşdırıb. 

 

Oruc yarımfinalda ev sahiblərinin digər cüdoçusu Luxumi Çşvimiani ilə gücünü yoxlayıb. Təəssüf ki, bu dəfə qələbə seriyasını davam etdirə bilməyib və məğlub olub. O, bürünc medal üçün də gürcüstanlı ilə döyüşəcək. Bu dəfə rəqib Laşa Çaduneli olub. Vəlizadə bu döyüşdən də məğlub ayrılıb və 5-ci yeri tutub.  

 

66 kq

Elçin Hüseynov da yarışa 1/16 final mərhələsindən başlayıb. O, ilk döyüşündə hollandiyalı Mattiy van Hartenlə qarşılaşıb və ipponla qalib gəlib. İkinci cəhdində Şaxram Əhmədovla (Özbəkistan) qüvvəsini sınayan Hüseynov tatamidən məğlub ayrılıb. 

 

Qeyd edək ki, yığmamız Qran-priyə 8 cüdoçu ilə yollanıb.

0