[b]Dünyanın 20 ən gözəlindən biri Azərbaycanda oynayıb[/b]
30.03.2018 - 12:37
[b]Dünyanın 20 ən gözəlindən biri Azərbaycanda oynayıb[/b]

Bakının “Azəryol” klubunun sabiq voleybolçu Yovana Brakoçeviç  özünü yeni ampluada sınamaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc medalçısı olan 30 yaşlı hücumçu model kimi səhnəyə çıxacaq.

 

Serbiya millisinin diaqonal oyunçusu dünyanın ən ucaboy modellərinin sırasında yer alacaq. ABŞ-da təşkil olunacaq moda nümayişində cəmi 20 gözəl iştirak edəcək.

 

Belə ki, “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən uzunayaqlı xanımı kimi düşən Yekaterina Lisinanın layihəsinə boyu 164 sm-dan böyük, ayaqlarının uzunluğu 144 sm-dan uzun olan modellər seçilib. 4 ay davam edən seçimlərdə “20-liy”ə düşən Yovana bunu belə şərh edib: “Mən fəxr edirəm və sevinirəm ki, tarixdə ilk dəfə təşkil olunacaq ucaboy modellərin ABŞ-dakı moda nümayişində iştirak edəcəm”.

 

Moda nümayişi iyunda başlayacaq və ABŞ-ın şəhərində gerçəkləşdiriləcək. Ucaboy gözəlləri daha yaxından izləmək istəyənlər 1000 dollarından keçməli olacaqlar.

 

Qeyd edək ki, Brakoçeviç 2014/2015 mövsümündə “Azərreyl” “Azəryol” adlanan zamanda paytaxt klubunun şərəfini qoruyub. O, hazırda Rumıniyanın “Buxarest” komandasında çıxış edir.

0