[b]2 boksçumuz Avropa çempionatında medalı təmin etdi[/b]
30.03.2018 - 14:53
[b]2 boksçumuz Avropa çempionatında medalı təmin etdi[/b]

Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri başa çatıb. Apasport.az-ın Azərbaycan Boks Federasiyasının (ABF) rəsmi saytına istinadən məlumatına görə, millimizin 2 üzvü yarışın yarımfinal mərhələsinə vəsiqə əldə edib.

 

56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev yarımfinala gedən yolda almaniyalı Hamzet Şadalovu (Almaniya) mübarizədən kənarlaşdırıb. Boksçumuz rəqibini 3:2 hesabı ilə məğlub edib. Əliyev yarımfinalda ispaniyalı Xose Giles Brotonsla qarşılaşacaq.

 

Onunla yanaşı, Məhəmməd Abdullayev (+91 kq) də ən azı bürünc medalı təmin edib. O, 1/4 finalda Camili-Dini Aboudo-Moindzeyə (Fransa) 4:1 hesabı ilə qalib gəlib. Abdullayev növbəti qarşılaşmasında italiyalı Aziz Abbes Muhidinlə üz-üzə gələcək.

 

Yarımfinal döyüşləri sabah, finallar isə aprelin 1-də olacaq.

0